"Neftçi" iki məşqçini göndərdi - Texniki məğlubiyyətə görə

16:27 1 May 2017

"Neftçi” klubu iki məşqçisi ilə yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, aprelin 27-də keçirilən Müşahidə Şurasının iclasında İqor Getman və Aleksandr Deriberin başa çatan müqaviləsinin uzadılmaması qərara alınıb. Bunun səbəbi kimi Azərbaycan Premyer Liqasının "Zirə” ilə 27-ci turunun oyununda legioner limitinin pozulmasına görə alınan texniki məğlubiyyət göstərilib.


Məşqçilər heyəti qarşısında gələn mövsüm nəticələrin yaxşılaşdırılması, eləcə də hazırlıq çərçivəsində yay təlim-məşq toplanışı planları barədə məlumat vermək tələbi qoyulub.


Xəbər xətti