PFL medallar və mükafatlar payladı

17:28 1 May 2017

Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunun medalçıları mükafatlandırılıb. 

 

Sportarena.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə “Səbail”ə gümüş, “Ağsu”ya bürünc medallar verilib.

 

Eyni zamanda, əvəzedici heyətlər arasında keçirilən yarışın bombardiri Şahin Əliyev (“Qarabağ”), eləcə də 1-ci divizionda eyni uğura imza atmış Oruc Balaşlı (“Zaqatala”) mükafatlarına qovuşublar. Xüsusi mükafatları və medalları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim edib.


Digər xəbərlər

Xəbər xətti