Meloya 3 oyunluq cəza

21:21 1 May 2017

“Palmeyras” klubunun futbolçusu Felipe Melo Braziliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb.
 

Sportarena.az xəbər verir ki, Libertadores Kubokunun qrup mərhələsində “Penyarol”la keçirilən oyunun sonlarında yaranan qalmaqalda rəqibinə yumruq vuran 33 yaşlı yarımmüdafiəçiyə 3 oyunluq cəza verilib.



Melo ilə yanaşı, davada iştirak edən “Penyarol”un futbolçuları – Nahitan Nandez, Matyas Miyer və Lukas Hernandezə də 3 oyunluq cəza verilib.


Xəbər xətti