UEFA Türkiyəyə problem yaradacaq? - İnsan hüquqlarına görə

10:58 2 May 2017

Almaniya və Türkiyə futbol federasiyalarının nümayəndələri UEFA-nın Nyondakı mənzil-qərərgahında keçirilən seminarda iştirak ediblər.

 

Sportarena.az xəbər verir ki, seminar AÇ-2024-ə ev sahibliyi etmək üçün ərizələrin verilməsi qaydalarına həsr edilib. Futbol tarixində ilk dəfə olaraq, qaydalara insan hüquqları məsələsi də daxil edilib. Böyük ehtimalla, UEFA bu dəyişikliyi etməklə, Türkiyənin qarşısında maneə yaratmaq istəyir. Məsələ ilə bağlı UEFA prezidenti Aleksandr Çeferin belə deyib:

 

“İnsan hüquqlarının qorunması və sahibkarlıq fəaliyyəti UEFA üçün çox böyük əhəmiyyətə malikdi. Ona görə də, insan hüquqları ilə bağlı bəndin tələblər sırasına aid edilməsi vacib idi. İndi Avropa çempionatını keçirmək istəyən hər bir ölkə bu tələbələrə riayət etməlidi”.

 

Qeyd edək ki, Almaniya və Türkiyə AÇ-2024-ə ev sahibliyi etmək niyyətindədi.


Digər xəbərlər

Xəbər xətti