"Yuventus" qalib gəldi - YENİLƏNİB

10:05 4 May 2017

Dünən baş tutan bir oyunla Çempionlar Liqasında 1/2 final mərhələsinin oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə futbolsevərlər Madrid derbisini izləyib. Belə ki, sözügedən şəhərin iki təmsilçisi - "Real" və "Atletiko" birincilərin meydanında üz-üzə gəlib  Qarşılaşma "kral klubu"nun inamlı qələbəsi ilə sona çatıb - 3:0. Het-trik edən Kriştiano Ronaldo komandasını finala bir addım yaxınlaşdırıb.

 

Bu gün isə digər yarımfinalçılar münasibətlərinə aydınlıq gətirmək üçün Fransada üz-üzə gələcəklər. Turnirin sürpriz komandası "Monako" yarışın favoritlərindən olan "Yuventus"u qəbul edəcək.

 

Cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

 

 

Çempionlar Liqası: 1/2 final, ilkin oyunlar

2 may

22:45 Real - Atletiko 3:0

Qol: Kriştino Ronaldo, 10; 73; 86.

 

3 may

22:45 Monako - Yuventus 0:2

Qollar: İquayin, 29; 59.


Digər xəbərlər

Xəbər xətti