İbrahimoviç əməliyyat olundu - Meydanlara nə vaxt qayıdacaq?

13:54 2 May 2017

Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç əməliyyat olunub.

 

Sportarena.az xəbər verir ki, əməliyyat uğurlu alınıb. Bu barədə məlumat verən futbolçunun agenti Mino Payola İbranın tam bərpa olunacağını və meydana qayıdacağını bildirib:

 

“İbranın əməliyyatı çox uğurlu keçib. O, tam bərpa olunacaq. Əməliyyat zamanı məlum oldu ki, İbranın meydana qayıtmaması üçün heç bir təhlükə yoxdu. Zlatan Pittsburqda bərpa prosesinə başlayıb. Hazırda nə o, nə də tibbi heyət açıqlama verməyə hazır deyil. Bir qədər sonra ətraflı məlumat veriləcək”.


Digər xəbərlər

Xəbər xətti