Burak Yılmaz meydanlara nə vaxt qayıdacaq?

17:03 2 May 2017

Futbol karyerasını Çində davam etdirən türk futbolçu Burak Yılmaz haqda pis xəbər yayılıb.
 
 
Sportaren.az xəbər verir ki, zədəsinə görə əməliyyat olan və 2 həftədir yaşıl meydanlardan uzaq qalan futbolçunun nə zaman sağalacağı bəlli deyil. Bu barədə çıxış etdiyi "Beijing Guoan"nın baş məşqçisi Joze Manuel Qonzales məlumat verib. O, Burakın yerinə Sorianonun oynadığını bildirib.
 
 
Qeyd edək ki, 31 yaşlı hücumçu son iki həftədə "Tianjin Quanjian" və "Liaoning" klublarına qarşı forma geyinməyib. Mövsümə yaxşı başlayan Yılmaz ilk 5 turda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti