Sportarena.az
25 İyun 2017

Stadnik Avropa çempionu oldu

12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb. 

 

Sportarena.az xəbər verir ki, ilk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıb. İdmançılarımız günü 2 qızıl və 1 gümüş medalla başa vurub. 


57 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Giorgi Edişeraşvili Belarus, Fransa, yarımfinalda isə Rusiyalı rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə təmsilçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə şans verməyən Giorgi Edişeraşvili çempionatın qızıl medalını qazanıb.


86 kq çəkidə mübarizə aparan Aleksandr Qostiyev Polşa, Ermənistan, yarımfinalda isə Türkiyə təmsilçisini məğlub edərək finala yüksəlib. Finalda təmsilçimiz Rusiya idmançısına uduzub və çempionatın gümüş medalına sahib olub.


Qadın güləşçilərin yarışında isə 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərini tam üstünlüklə məğlub edən Mariya finala yüksəlib. Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanan Mariya Stadnik Avropa çempionatının 6-cı dəfə qızıl medalına sahib olub.

Tarix
03.05.17 [10:05]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 İyun
24 İyun 

Facebook

Sorğu

Növbəti mövsümdən Premyer Liqada neçə klub iştirak etsin?
 8
 10
 12
 Daha çox

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio