"Qarabağ" CAR-dan hücumçu alır

10:22 3 May 2017

Azərbaycan çempionu "Qarabağ” Cənubi Afrika Respublikası millisinin üzvü Tokelo Rantieni transfer edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə CAR-ın Soccerladuma.co.za saytı məlumat yayıb. Bildirilir ki, Ağdam təmsilçisi Türkiyənin “Gənclərbirliyi” klubunun hücumçusunu yay transfer dönəmində heyətinə qatmaq istəyir.


Qeyd edək ki, 2016-cı ilin yayından “Gənclərbirliyi”ndə oynayan 26 yaşlı forvard ümumilikdə 20 oyuna 4 qol vurub. Əvvəllər “Malmö” və “Bornmut”da da çıxış etmiş futbolçu 2012-ci ildən CAR millisinə dəvət alır.

Xatırladaq ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovu da cənubi afrikalıdır.


Xəbər xətti