Ronaldo dayanmaq bilmir - 3 rekord

13:56 3 May 2017

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Real"ın "Atletiko" üzərində qələbəsinə (3:0) 3 qolla töhfə verən Kriştiano Ronaldo bir neçə rekordla yadda qalıb.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı hücumçu Çempionlar Liqasının pley-off mərhələsində 52-ci qolunu vuraraq, bu göstəriciyə çatan ilk oyunçu olub. Bundan əlavə, yarışın yarımfinal mərhələlərində 13 dəfə rəqiblərini məyus edən Ronaldo bu sahədə də hamını qabaqlayır. O, bu qollardan 10-nu "Real"ın, 3-nü isə "Mançester Yunayted"in formasında vurub. 32 yaşlı hücumçu "hindular"la oyundakı het-triklə həm də, "Real"da vurduğu qolların sayını 400-ə çatdırıb. 

 

Ronaldo ÇL-də 103-cü qolunu vurub.


Xəbər xətti