UEFA-dan tarixi qərar - Penalti qaydaları dəyişdirildi

12:30 3 May 2017

UEFA penaltilərlə bağlı dəyişiklik etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, UEFA-dan edilən açıqlamada dəyişikliyin oyunsonrası penaltilərlə bağlı olacağı vurğulanıb. Əvvəl komandalar növbəylə penaltini yerinə yetirirdisə, indi bu qaydada dəyişiklik ediləcək. Belə ki, ilk penalti istifadə edildikdən sonra növbəti komanda bir yox, iki ardıcıl penalti yerinə yetirəcək. UEFA-nın bu dəyişikliyə getməsinə səbəb, həmişə ikinci penaltini yerinə yetirən komandanın əlavə təzyiq altında olmasıdı.

 

Yeni qərara əsasən, penaltilərin ardıcıllığı aşağıdakı kimi olacaq:

1-ci - A komandası, 2-ci - B komandası
3-cü - B komandası, 4-cü - A komandası
5-ci - A komandası, 6-cı - B komandası
7-ci - B komandası, 8-ci - A komandası 
9-cu - A komandası, 10-cu - B komandası

 

İlk 10 penaltidən sonra bərabərlik pozulmasa, seriya yuxarıdakı ardıcıllıqla davam etdiriləcək.

 

Qeyd edək ki, yeni sistem Çexiyada təşkil ediləcək qadınlar arasında U-17 Avropa çempionatında sınaqdan keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti