PFL aprel ayının ən yaxşı qolunu seçir - VİDEO

14:13 3 May 2017

Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, birinci divizion yarışlarını da daim diqqətdə saxlayır.

 

Sportarena.az xəbər verir ki, qurum artıq 6-cı dəfə birinci divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcəyik. Birinci divizionda vurulan ən yaxşı qol (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası tərəfindən səsvermə yolu ilə seçilir. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilir. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olurlar.

 

Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdur. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir. 

 

 


Digər xəbərlər

Xəbər xətti