Əvəzolunmaz Fərhad

17:13 3 May 2017

2016/2017 mövsümünün əvvəlində "Qarabağ"dan ayrılaraq "Sumqayıt"a keçən Fərhad Vəliyev arxada qalan mövsümdə “kimyaçılar”ın heyətində ən çox oyun keçirən futbolçudu.

 

Sportarena.az xəbər verir ki, Fərhad 28 turun hamısında əvəzlənmədən meydanda olub (2520 dəqiqə). Karyerası ərzində "Sumqayıt"dan başqa, "Kimyaçı", "Şahdağ", "Masallı", "Neftçi", "Gənclərbirliyi", "İnter" və "Qarabağ"ın şərəfini qorumuş 36 yaşlı qolkiper 32 dəfə Azərbaycan millisinin formasını geyinib.

 

Fərhad 4 dəfə Azərbaycan çempionu olub (1 dəfə "Neftçi" - 2003/04, 3 dəfə "Qarabağ" - 2013/14, 2014/15, 2015/16) və 5 dəfə Azərbaycan kubokuna sahib çıxıb (2 dəfə "Neftçi" - 2001/02, 2003/04, 3 dəfə "Qarabağ" - 2008/09, 2014/15, 2015/16).

 

Vəliyev “Qarabağ”da son illərdə ehtiyatda qalırdı.


Xəbər xətti