"Kəpəz" stadionunda hansı qurum nə iş görəcək? - AÇIQLAMA

18:04 3 May 2017

Cari mövsüm boyunca "Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu futbol ictimaiyyətinin müzakirəsindən düşmədi. Bərbad ot örtüyü ilə bütün komandaların arzuolumazına çevrilən arenanın istifadə müddəti əslində çoxdan bitib. Gəncə klubunun rəhbərliyi verdiyi açıqlamalarda vəziyyətində fərqində olduqlarını və bu yöndə işlər görmək üçün mövsümün sonunu gözlədiklərini bildirmişdilər.

 

Artıq ot örtüyünün tamamilə yenilənəcəyi və stadionda isə təmir işlərinin aparalıcağı dəqiqləşib. AFFA və Gəncə Şəhər İcra Hakimiyyəti bu yöndə bərabər addım atacaqlar. Bəs qurumlar iş bölgüsünü hansı yöndə aparıblar? Bu sualımıza cavab tapmaq üçün "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Klub rəmisi Sportarena.az saytına açıqlamasında bunları dedi:

 

"Stadionun ot örtüyü ilə bağlı işlər AFFA tərəfindən görüləcək. Təbii örtüklü meydança salınacaq. Stadionla bağlı digər layihələrə isə icra hakimiyyəti dəstək olacaq".


Xəbər xətti