Sportarena.az
18 Oktyabr 2017

Rövnəq Abdullayevin oğlu “Səbail”dən getdi

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bayıl stadionunda "Səbail" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, Müşahidə Şurasının sədri Rəşad Abdullayev çıxış edərək "Səbail" FK-nın I divizionda çıxışının ilk ilindəcə 2-ci yeri tutmasını qənaətbəxş nəticə hesab etdiyini bildirib, klubun məşqçi, futbolçu və inzibati heyətinin, həmçinin Müşahidə Şurası üzvlərinin bu uğurda pay sahibi olduğunu deyib, hər birinə təşəkkür edib.

 

Abdullayev qeyd edib ki, klubun icraçı direktoru Yusif Həsənov şəxsi işləri ilə əlaqədar klubdakı fəaliyyətinə son qoymaq istəyi ilə bağlı Müşahidə Şurasına müraciət edib və Y.Həsənovun xahişi müsbət dəyərləndirilib. "Səbail" FK-nın inkişafı naminə görülən işlərlə əlaqədar Yusif Həsənova təşəkkürünü bildirən Rəşad Abdullayev onu xüsusi diplomla təltif edib. Yusif Həsənov mövsüm ərzində klubda görülən işlər barədə qısa məlumat verib və hər bir əməkdaşa minnətdarlığını bildirib.

 

Daha sonra Abdullayev qeyd edib ki, Müşahidə Şurasının qərarına əsasən, "Səbail" FK-nın icraçı direktoru vəzifəsinə bu günə qədər şuranın üzvü kimi fəaliyyət göstərmiş Ramin Həsənov təyin olunub. Ramin Həsənov göstərilən etimadı doğrultmağa çalışacağını deyib.

 

Rəşad Abdullayev "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri kimi fəaliyyətini başa vurduğunu açıqlayıb və kluba gələcək fəaliyyətində uğurlar arzulayıb. Şuranın üzvü, futbol veteran Əbdülqəni Nurməmmədov çıxış edərək Rəşad Abdullayevə fəaliyyət göstərdiyi müddətdə klubun inkişafı üçün gördüyü işlərə görə təşəkkürünü bildirib.

 

Sonda Rəşad Abdullayevə "Səbail" Futbol Klubunun fəxri üzvü elan olunması ilə bağlı diplom təqdim olunub.

 

"Səbail" FK-nın Müşahidə Şurasının yeni sədrinin və şuranın tərkibinin müəyyənləşməsi məsələsinə qarşıdakı günlərdə aydınlıq gələcək.

Tarix
04.05.17 [10:36]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

18 Oktyabr
17 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio