FİFA-nın reytinq cədvəli açıqlandı - Millimizin mövqeyi bilindi

12:36 4 May 2017

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisinin mövqeyində dəyişiklik baş verməyib. Millimiz 386 xalla 87-ci yerdə qərarlaşıb.

 

Komandamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində dəyişiklik baş verməyib. Ötən ay olduğu kimi Almaniya 1464 xalla 3-cü, Şimali İrlandiya 823 xalla 26-cı,  Çexiya 679 xalla 46-cı, Norveç 387 xalla 86-cı, San Marino isə 12 xalla 204-cü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, siyahıya 1672 xalla Braziliya millisi başçılıq edir. Argentina 1603 xalla ikincidir.


Digər xəbərlər

Xəbər xətti