Elxan Məmmədov U-23 millisi ilə görüşdü

13:51 4 May 2017

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsində yerləşən AFFA futbol mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, baş katib İslam Həmrəyliyi oyunlarında iştirak edəcək yığmamıza AFFA prezidenti Rövnəq Abdullayev və AFFA-nın İcraiyyə Komitəsinin üzvləri adından uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib.

 

Qeyd edək ki, yığmamız İslam Həmrəyliyi Oyunlarında ilk oyununu mayın 8-də, saat 18:30-da, Bayıl stadionunda Kamerun komandasına qarşı keçirəcək.


Xəbər xətti