Cüdo millimizin İslamiada üçün heyəti açıqlandı

Sportarena.az      4 May 2018, 16:31

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandamızın heyəti müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, millimiz İslamiadada 9 kişi və 10 qadın cüdoçu ilə təmsil olunacaq.

 

Kişi cüdoçuların fərdi yarışlarında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) mübarizə aparacaq. Komanda yarışlarında isə Rüfət İsmayılov (81 kq) və Uşanqi Kokauri (+100 kq) digər cüdoçularımızla birgə yarışacaq.

 

Qadınların mübarizəsində Aişə Qurbanlı,Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova, Munxtsedev İçinxorlu (hər ikisi 57 kq), Xanım Hüseynova (63 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Daha üç cüdoçu - Purevsuren Buyanxişiq (52 kq), Gülsədəf Kərimova (63 kq) və Kristina Jukavets (70 kq) qadınların komanda yarışları üçün sifariş olunub.

 

Qeyd edək ki, cüdo yarışları 13-16 may tarixində Heydər Əliyev adına Bakı İdman Sarayında keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin