"Sumqayıt"dan ikinci transfer

10:28 5 May 2017

"Sumqayıt" növbəti transferini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, "Sumqayıt" "Neftçi"dən ayrılan Cavid İmamverdiyevi heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

İmamverdiyev futbolçu karyerası ərzində "Neftçi", "Karvan" və "Elazığspor" klublarında çıxış edib.

 

Qeyd edək ki, "Sumqayıt" dünən "Kəpəz"dən Tural Axundovu da transfer edib.


Digər xəbərlər

Xəbər xətti