Heydər Əliyev kubokuna əcnəbi hakimlər dəvət ediləcək? - Ramin Musayevdən AÇIQLAMA

13:10 5 May 2017

Xəbər verdiyimiz kimi mayın sonlarında Naxçıvanda 8 klub arasında Heydər Əliyev kuboku keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Türkiyə klubunun da iştirakçı olacağı turniri idarə edəcəklər hakimlərin kimliyi maraq doğurur. Ölkə kubokunun finalı ilə əlaqədar olaraq hazırda Naxçıvanda olan PFL-in prezidenti Ramin Musayev barədə danışıb. O, əcnəbi hakimlərin əleyhinə olduğunu bildirib:

 

"Əcnəbi hakimlərin gəlməsinin əleyhinəyəm. Bu, yerli referilərə hörmətsizlik olar. Şükür bizim hakimlərə. Çempionlar Liqasının oyunlarına baxırıq, üç qolun hər biri ofsayddan vurulur. Bizim hakimlərdən danışırıqsa, rüşvətdən, qərəzdən söhbət gedə bilməz. Bu, mümkün deyil. Sadəcə, təzyiq olanda o insan özünü itirir. Klub rəsmilərinə də deyirəm ki, gəlin, hakimlərin üzərinə çox getməyək".


Xəbər xətti