"Monako"nun ulduzu "Real"a keçməyə razılıq verdi

13:28 5 May 2017

"Monako"nun futbolçusu Kilian Mbappe yeni mövsüm İspaniyada oynaya bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə bu ölkənin tanınmış nəşrlərindən olan "Marka" məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, fransalı hücumçu "Real"a transfer olunmağa razılıb verib. Mbappe ilə danışıqlar aparan Madrid klubu istəyinə nail olub.

 

Bildirilir ki, 18 yaşlı hücumçunun "Kral klubu"na keçmək istəməsinin səbəblərindən biri də "Real"ın baş məşqçisi Zinəddin Zidanla birgə çalışmaq arzusudur.


Xəbər xətti