Budak oynadı, komandası uduzdu

Sportarena.az      5 May 2018, 14:11

Türkiyə Birinci liqasında 31-ci turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, tur çərçivəsində millimizin üzvü Ufuk Budakın formasını geyindiyi “Manisaspor” klubu da növbəti matçına çıxıb. Komanda doğma azarkeşləri önündə “Altınordu” klubunu qəbul edib. Matç qonaq komandanın qələbəsi ilə başa çatıb - 0:2. Millimizin üzvü də bu məğlubiyyətin iştirakçısı olub. Belə ki, Ufuk matça start heyətində başlayıb və sona qədər mübarizə aparıb.

 

Qeyd edək ki, “Manisaspor” 31-ci turdan sonra 33 xal toplayıb və turnir cədvəlində 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin