“Sumqayıt”dan növbəti transfer

10:28 6 May 2017

"Sumqayıt" növbəti transferini həyata keçirib. 

 

Sportarena.az xəbər verir ki, “Sumqayıt” son olaraq AZAL-da çıxış etmiş Kamal Mirzəyevi heyətinə qatıb. 22 yaşlı dayaq yarımmüdafiəçi 1 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, Kamal klub olaraq AZAL-la "Qəbələ"də çıxış edib və Azərbaycanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti