Yubiley ilində gələn çempionluq

18:16 6 May 2017

“Kobenhavn” Danimarka çempionu adını qazanıb.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi çempionat başa çatmamış qızıl medalı təmin edib. 25 illik yubileyini qeyd edən komanda bu uğuru çempionluq mərhələsinin 6-cı turunda rəsmiləşdirib. Evdə “Nordsjaelland”la heç-heçə edən (1:1) kopenhagenlilər ən yaxın izləyicsi “Brondbü” üçün sona 4 tur qalmış əlçatmaz olub.Belə ki, bu komandalar arasındakı xal fərqi 16-a yüksəlib.

 

Qeyd edək ki, “Kopenhavn” ardıcıl 2-ci, ümumilikdə 12-ci dəfə Danimarka çempionu adına yiyələnib.


Xəbər xətti