"Kəpəz"də 7 müqavilə

10:34 7 May 2017

Növbəti mövsüm üçün transfer çalışmalarına başlayan “Kəpəz” 7 futbolçusu ilə müqaviləni yeniləyib.
 

Sportarena.az xəbər verir ki, bunlar  qapıçı Davud Kərimi, müdafiəçilər Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Kərim Diniyev və Orxan Əliyevdir. 
 

Futbolçuların hər biri ilə bir illik müqavilə imzalanıb.


Xəbər xətti