AS yenə "Qarabağ"dan yazdı

14:51 7 May 2017

İspaniya və dünyanın məşhur idman qəzeti olan AS Azərbaycan kubokunun "Qarabağ"la "Qəbələ" arasında keçirlən final qarşılaşması haqda yazı dərc edib.
 

Sportarena.az xəbər verir ki, ispaniyalı həmkarlarımız "Qarabağ"ın 2:0 hesabı ilə qalib gəldikləri oyunda ağdamlıların qarşılaşmaya nəzarət etdiklərini vurğulayıblar. 

 

AS qəzetində Ağdam klubunda çıxış edən ispan futbolçular Dani Kintana və Miçel, həmçinin fiziki hazırlıq üzrə məşqçi olan Ruben Sellesin də uğurundan yazıblar.

 

Qeyd edək ki, sözügedən nəşr "Qarabağ"ın ölkə çempionluğundan da yazmışdı.


Digər xəbərlər

Xəbər xətti