"Barselona"nın yeni baş məşqçisi müəyyənləşdi, Messi ilə razılığa gəlindi - AÇIQLAMA

15:16 7 May 2017

“Barselona”nın prezidentinin köməkçisi Xordi Mestre Lionel Messinin klubdakı gələcək taleyi və yeni mövsümdən komandanı çalışdıracaq baş məşqçi barədə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, klub rəsmisi yerli mətbuata açıqlamasında bir müddət öncə “Barsa”nın 35 milyonluq təklifini rədd etdiyi deyilən Messiylə böyük ölçüdə razılığa gəldiklərini deyib:

 

“Lionel Messi ilə görüşlərimiz müsbət nəticələnəcək. Tam tarix deyə bilmərəm, ancaq bir neçə həftə ərzində gözəl xəbər verəcəyik. Uzun çəkməyəcək”.

 

Mestre komandanı çalışdıracaq yeni baş məşqçini böyük ölçüdə müəyyənləşdirdiklərini, ancaq son sözü klub prezidenti Xosep Bartomeunun deyəcəyini bildirib. O, həmçinin, mövsüm bitməmiş heç bir ad açıqlamayacaqlarını qeyd edib.


Digər xəbərlər

Xəbər xətti