Millimizin üzvü oynadı, komandası qalib gəldi

20:56 7 May 2017

Ukrayna çempionatında 28-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin komandası olan "Stal" doğma meydanda "Karpatı" ilə qarşılaşıb və bu görüşdən qələbə ilə ayrılıb - 2:1. Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub. O, 20-ci dəqiqədə sarı vərəqə də alıb.

 

Qeyd edək ki, "Stal" 28 turdan sonra 34 xalla ikinci altılıqda yer alan və elitada qalmaq uğrunda mübarizə aparan komandalar arasında 2-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti