"Spartak" 16 illik həsrətə son qoydu

10:29 8 May 2017

“Spartak” Rusiya çempionu olub.

 

Sportarena.az xəbər verir ki, Moskva təmsilçisinin əsas izləyicilərindən olan “Zenit” dünən öz meydanında “Terek”ə uduzub (0:1) və üçüncü pillədə qalıb. Bu nətiəcədən sonra çempionatın bitməsinə 3 tur qalmış 63 xalı olan lider “Spartak” ikinci yerdəki CSKA 10 xal qabaqladığından vaxtında əvvəl çempionluğu bayram edib. 

 

Qeyd edək ki, bu, “Spartak”ın 10-cu Rusiya çempionluğudur. Komanda son dəfə 2001-ci ildə yarışı birinci yerdə başa vurmuşdu.


Xəbər xətti