"Kəpəz" 3 futbolçu ilə müqaviləni yenilədi

13:46 8 May 2017

"Kəpəz" daha 3 futbolçu ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçilər Vüqar Bəybalayev, Ceyhun Cavadov və hücumçu Tural Rzayev ilə müqavilənin müddəti uzadılıb. Onlar gələn mövsümdə də “sarı-göylər”in şərəfini qoruyacaqlar.

 

Qeyd edək ki, "Kəpəz" bundan əvvəl qapıçı Davud Kərimi, müdafiəçilər Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Kərim Diniyev və Orxan Əliyevlə müqavilənin müddətini artırıb.


Digər xəbərlər

Xəbər xətti