"Neftçi"də ayrılıq

14:05 8 May 2017

"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov vəzifəsindən ayrılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Rəsulov "Facebook" hesabında məlumat verib. O, mətbuat xidmətində rəhbərliyi altında çalışan şəxslərin hər birinə təşəkkür etməyi də unutmayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Mehman Rəsulovun "Neftçi"dən göndəriləcəyi barədə xəbərlər yayılmağa başlamışdı. Buna səbəb onun son zamanlarda mətbuatın kluba üvnanladığı haqlı tənqidlərin qarşısını almaqda aciz olmasıdı.


Xəbər xətti