"Sumqayıt" azarkeşlərinə təşəkkür etdi

14:29 8 May 2017

Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümü arxada qaldı.

“Sumqayıt” klubu 28 turluq marafonun sonunda 35 xalla çempionatı 6-cı pillədə bitirdi. "Kimyaçılar" arxada qalan mövsümün 14 qarşılaşmasını doğma meydanda - şəhər stadionunda keçirib.

 


Sportarena.az klubun saytına istinadən xəbər verir ki, “Sumqayıt”ın ev oyunlarını 14 tur ərzində ümumilikdə 19 872 azarkeş izləyib.

 

Klub bütün azarkeşlərinə mövsüm ərzində komandanı tək buraxmadıqları üçün təşəkkür edib.


Xəbər xətti