Qurban Qurbanov Van Qal və Pelleqrinidən öndə

15:07 8 May 2017

Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var. Ötən cədvəldə 443-cü pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 8 pillə geriləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 450-ci yerdə qərarlaşıb.


44 yaşlı çalışdırıcı siyahıda Roberto Mançini, Rafael Benites, Pepe Mel, Manuel Pelleqrini,  Alan Pardyu, Lui van Qal və Çezare Prandelli kimi təcrübəli baş məşqçiləri qabaqlayıb.
 


“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə reytinqdə 3 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 655-cidir.
 

Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 17166 xal var. 2-ci yerdə 14510 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 13288 xalla 3-cüdür.


Digər xəbərlər

Xəbər xətti