AZAL-ın bazası "Zirə"yə verilmir? - "Necə olacağını bilmirik" - AÇIQLAMA

15:58 8 May 2017

AZAL klubu fəaliyyətinin dayandırması ilə bağlı yaydığı bəyanatda klubun bazasını "Zirə"yə kömək məqsədilə veriləcəyini açıqlamışdı."Zirə" tərəfi isə mətbuata açıqlamasında həmin bazadan istifadə edəcəklərini, bununla belə ev oyunlarını Zirə İdman Kompleksinin stadionda keçirəcəklərini bildirmişdi.

 

Deyəsən, vəziyyət dəyişib. "Zirə"nin yeni baza ilə bağlı planlarını öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu ilə əlaqə saxladıq. Klub rəsmisi Sportarena.az saytına açıqlamasında bildirdi ki, AZAL tərəfinin verdiyi bəyanat hələ kağız üzərində qalıb:

 

 

"AZALın açıqlamasında sonra heç bir irəliləyiş olmayıb. Hər hansı təhvil-təslim prosesindən də söhbət gedə bilməz. Çünki klubun məxsus Azərbaycan Hava Yolları şirkətindən bizə heç bir rəsmi məlumat daxil olmayıb. Nəyin, necə olacağını bilmirik. Hələ ki AZAL Arenada İslam Həmrəyliyi Oyunlarının futbol matçları keçirilir".

 

"AZAL fəaliyyətini bərpa edir deyə baza sizə verilmir" sualına isə Himayətoğlu belə cavab verdi:

 

"AZAL fəaliyyətini bərpa edirsə, onlara ancaq uğurlar arzulaya bilərik".

 

Heybət Məmmədov


Xəbər xətti