Biliç Türkiyəyə qayıdır - "Beşiktaş"a rəqib olacaq

17:32 8 May 2017

İngiltərə Premyer Liqa təmsilçisi “Vest Hem”in baş məşqçisi Slaven Biliç növbəti mövsümdən Türkiyədə çalışa bilər.

 

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fənərbaxça” mövsümün sonunda klubdan ayrılacaq baş məşqçisi Dik Advokatı məhz xorvat çalışdırıcı ilə əvəzləməyi planlaşdırır. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə “Fənər” rəhbərliyinin vaxtilə “Beşiktaş”ı da çalışdırmış Biliçlə artıq görüşdüyü iddia edilib.

 

Qeyd edək ki, Xorvat mütəxəssisin London klubu ilə müqaviləsinin müddəti 2018-ci ilin yayında başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti