Dəniz Yılmazın əsas komandadan qovulması təsdiqləndi

10:40 9 May 2017

Millimizin üzvü Dəniz Yılmazın "Bursaspor"un komandasından kənarlaşdırılması rəsmən təsdiqini tapıb. 

 

Sportarena.az xəbər verir ki, bu haqda məlumatı "Bursaspor TV"ə açıqlama verən klubun prezidenti Ali Ay verib. Klub rəsmisi bildirib ki, Dənizlə yanaşı, Del Valle də əsas komandadan uzaqlaşdırılıb. Ancaq klub rəsmisi futbolçuların hansı səbəbdən cəzalandırılmasını açıqlamayıb. 

 

Qeyd edək ki, Dəniz Yılmaz bu mövsüm ikinci dəfərdir ki, eyni halla üzləşir. O, öncə "Kayserispor"la oyunda qırmızı vərəqə aldığı üçün komandadan uzaqlaşdırılmışdı. 


Xəbər xətti