ÇL-də finalçılar bəlli oldu - YENİLƏNİR

10:02 11 May 2017

Dünən Çempionlar Liqasında 1/2 final mərhələsinin cavab görüşlərinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, finala ilk vəsiqə qazanan ilk klub "Yuventus" olub. Səfərdə "Monako"nu 2:0 hesabı ilə məğlub edən "qoca sinyora" doğma azarkeşləri önündə də qələbəyə sevinib - 2:1.

 

"Yuventus"un finaldakı rəqibi isə "Real" olacaq. "Visente Kalderon" arenasında "Atletiko"ya məğlub olmasına rəğmən, "kral klubu" iki oyunun nəticəsinə görə rəqibindən üstün olub.

 

Beləliklə, iyunun 3-də Uelsin paytaxtı Kardifin "Millineum" arenasında keçiriləcək final görüşündə "Yuventus" və "Real" münasibətlərinə aydınlıq gətirəcək.

 

Çempionlar Liqası, 1/2 final

9 may

22:45 Yuventus - Monako 2:1 (2:0)

Qollar: Mario Mandzukiç, 31. Dani Alveş, 44 - Kilyan Mbappe, 69.

 

10 may

22:45 Atletiko - Real 2:1 (0:3)

Qollar: Sual Nigez, 12. Antuan Qrizmann, 16-p - İsko, 42.


Xəbər xətti