Sneyderin cazibədar xanımı Türkiyədə restoran açır - FOTOLAR

15:50 9 May 2017

"Qalatasaray"ın futbolçusu Uesli Sneyderin həyat yoldaşı Yolant Kabau diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, o, Türkiyənin tanınmış ticarət mərkəzlərindən birində restoran açır. Modelyer xanım xüsusiliyi ilə seçiləcək restoranda hər cür yeməklərin təklif edilməsini istəyir. Kabaunun üstünlük verəcəyi yemək isə suşi olacaq. Restoranda eyni zamanda, ekzotik kokteyllər və flamenqo şouları da təklif ediləcək.

 

Yolant restoranın adını Sneyderlə birgə övladının şərəfinə seçib. Belə ki, o, yaxın günlərdə fəaliyyətə başlayacaq məkana oğlu Xess Xavanın şərəfinə Xaxa adını qoyacaq.

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti