"Borussiya"da qalmaqal - Məşqçi Əmrə Mora hücum etdi

16:08 9 May 2017

"Borussiya"nın gənc futbolçusu Əmrə Morun başına qəribə hadisə gəlib. 

 

Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisinin fiziki hazırlıq üzrə məşqçisi Şleyfer Şrey məşq zamanı 19 yaşlı futbolçunun üzərinə hücum edib. Belə ki, məşqçi məşq meydanının kənarında isinmə hərəkətləri edən futbolçuya uca səslə etiraz edib və əl-qol hərəkətləri ilə onun üzərinə yeriyib.

 

Hadisədən sonra futbolçu baş məşqçi Tomas Tüxellə görüşüb və etirazını bildirib. Klub rəhbərliyinin və Tuxelin yaşananlardan üzüldüyü, Şrey haqqında araşdırmalara başladığı iddia edilir.


Digər xəbərlər

Xəbər xətti