AFFA-dan gülməli addım - Messi Şeydayevlə müqayisə olundu - FOTO

17:13 9 May 2017

Mart ayında milli komandamızın adını "Niyə də yox"a "dəyişən" AFFA-nın rəsmi feysbuk səhifəsi daha bir gülməli paylaşımın müəllifinə çevrilib.
 
Sportarena.az xəbər verir ki, dünən gecə saatlarında futbol qurumunun rəsmi səhifəsində Messinin kollajı yayımlanıb. "Real"la oyundakı məşhur epizodun üzərində hazırlanmış kollajda Messi Ramil Şeydayevin formasını yuxarı qaldırıb. Bununla da səhifə adminləri Messinin Ramil kimi çox qol vurmağı arzuladığına işarə vurublar.
 
Amma çox keçmədən həmin kollaj səhifədən silinib. Görünür, səhifə adminlərinin bu şit zarafatı AFFA-nın ciddi rəhbərliyinin xoşuna gəlməyib.
 


Digər xəbərlər

Xəbər xətti