"Milan"dan transfer həmləsi - Futbolçu ilə razılığa gəlindi

18:54 9 May 2017

Yeni mövsümün transfer çalışmalarına başlayan "Milan" artıq ilk həmləsini edib.

 

Sportarena.az xəbər verir ki, "Volfsburg"un futbolçusu Rikardo Rodriqez İtaliya klubunun hədəfinə düşüb. Artıq futbolçu ilə klub arasında görüş baş tutub və tərəflər bütün məsələlərdə razılığa gəliblər.

 

Bundan sonra diqqətlər Bundesliqa təmsilçisinə yönəlib."Volfsburq" razılıq versə, keçid yaxın günlərdə açıqlanacaq.


Xəbər xətti