Dəniz Yılmazın "Bursaspor"la problemi açıqlandı - Pul məsələsi

10:28 10 May 2017

Millimizin üzvü Dəniz Yılmazın “Bursaspor”un əsas komandasından uzaqlaşdırılmasının səbəbi bəlli olub.

 

Sportarena.az Bursa.com-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “yaşıl timsahlar”ın rəhbərliyi ilə yaşadığı problemlərə görə əsas komandadan kənarlaşdırılıb. Forvard rəhbərlikdən uzun müddətdi ala bilmədiyi pulunu istəyib.

 

O, klubun preziidenti Ali Ayla görüşdə “Mənim pulumu verin. Bundan sonra hara istəsəniz göndərə bilərsiniz. Gedib akademiyada uşaqlarla da oynaya bilərəm” - deyib. İddialara görə, Dəniz bu sözlərinin ardından klub rəhbərliyinin qərarı ilə qovulub.


Digər xəbərlər

Xəbər xətti