İtaliya Kubokunun finalının vaxtı dəyişdirildi - "Yuventus"a görə

13:17 10 May 2017

İtaliyada Kubok finalının vaxtı dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, buna səbəb "Yuventus"un dünən Çempionlar Liqasının finalına vəsiqə qazanmasıdı. ÇL-in finalı iyunun 3-də Kardifdə keçirilməsi nəzərdə tutulub. İtaliya kubokunun final oyunu isə bundan bir gün öncəyə nəzərdə tutulub.

 

Bu məqamı nəzərə alan İtaliya Futbol Federasiyası həlledici görüşün mayın 17-də keçirilməsi ilə bağlı qərar verib.

 

Qeyd edək ki, "Olimpiko" stadionunda baş tutacaq İtaliya Kubokunun finalında "Yuventus"un rəqibi "Lazio" olacaq. 


Digər xəbərlər

Xəbər xətti