Qriqorçuk "Qəbələ"də qalır?

14:50 10 May 2017

“Qəbələ” urkaynalı baş məşqçisi Roman Qriqorçukla bağlı yekun qərarını verib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssislə başa çatan müqavilənin müddəti daha bir il də uzadılıb. Bunu açıqlamasında “qırmızı-qaralar”ın baş meneceri Zaur Əzizov deyib. (qol.az)

 

“Qəbələ”nin ən uğurlu çıxışı məhz Qriqorçukun rəhbərliyi dövrünə təsadüf edir. Komandasını iki dəfə ardıcıl olaraq Avropa Liqasının qrup mərhələsinə yüksəldən ukraynalı mütəxəssis, ölkə çempionatında da gümüş və bürünc mükafatların sahibidi.


Xəbər xətti