"Kəpəz"dən daha iki transfer

17:13 10 May 2017

Transfer çalışmalarını davam etdirən “Kəpəz”in Kamran Abdullazadəni transfer etdiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisi heyətinə daha 2 futbolçu cəlb edib. Müdafiəçi İlyas Səfərzadəvə hücumçu İlkin Sadıqov yeni mövsümdən "sarı-göylər"in formasını geyinəcək". Hər 2 futbolçu ilə 1 illik  müqavilə imzalanıb.

 

Qeyd edək ki, Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Orxan Əliyev, Vüqar Bəybalayev, Ceyhun Cavadov və Tural Rzayevlə müqaviləni artıran "Kəpəz" Tural Axundov, Dario Frederiko, Nicat Qurbanov, Tural Qürbətov, Eyyub Əliyev və Tural Nərimanovla yolları ayırıb


Digər xəbərlər

Xəbər xətti