Rəşad Sadıqov tarix yazır

10:18 11 May 2017

“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov futbol dünyası üçün nadir sayılacaq uğura imza atıb.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı futbolçu bu mövsüm həm futbolçu, həm də məşqçi kimi Azərbaycan çempionu adını qazanıb. O, hər iki yüksək göstəriciyə “Qarabağ”da nail olub. Kapitanı olduğu Ağdam klubunda dalbadal dördüncü dəfə çempionluğunu bayram edən Sadıqov bu gün həm də U-19 komandasının baş məşqçisi kimi birinciliyi rəsmiləşdirib.

 

Maraqlıdır ki, Sadıqov növbəti mövsümdə avrokuboklarda həm futbolçu, həm də məşqçi kimi iştirak edəcək. Bu isə futbol dünyasında az-az rast gəlinən unikal faktlardandır.

 

Xatırladaq ki, Sadıqovun futbolçu kimi çıxış etdiyi “Qarabağ” 2017/18 mövsümündə Azərbaycanı Çempionlar Liqası, onun rəhbərlik etdiyi U-19 komandası isə UEFA Gənclər Liqasında təmsil edəcək.


Digər xəbərlər

Xəbər xətti