"Real" Çin klubunun təklifini rədd etdi

10:35 11 May 2017

Adı açıqlanmayan Çin klublarında biri “Real”a Alvaro Moratanı transfer etmək üçün 35 milyon avro təklif edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb. Çinlilər ispaniyalı hücumçuya 5 illik müqaviləyə görə ümumilikdə 175 milyon avroluq müqavilə təklif edib. Lakin"kral klubu" bu təklifi rədd edib.

 

Qeyd edək ki, "Çelsi" də Moratanı transfer etmək istəyir.


Digər xəbərlər

Xəbər xətti