"Zirə" Avroliqaya harada hazırlaşacaq?

10:57 11 May 2017

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə”nin avrokuboka harda hazırlaşacağı bəllidi.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqanın dördüncüsü olmaqla Avropa Liqasına vəsiqə qazanan komanda Türkiyədə təlim-məşq toplanışı keçəcək. İyunun 10-da Türkiyəyə uçacaq "qartallar" ötən yay olduğu kimi, Boluda qalacaq. Bolu hazırlığı 11 gün sürəcək. 

 

Ayxan Abbasovun komandası qardaş ölkədə 3 yoxlama görüşü keçirəcək. Rəqiblərin kimliyi isə dəqiqləşməyib


Digər xəbərlər

Xəbər xətti