MS 40 milyon avroluq müdafiəçi transfer edir

12:17 11 May 2017

“Mançester Siti” heyətini “Benfika”nın 23 yaşlı müdafiəçisi Nelson Semedu ilə gücləndirməyi planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, bunun üçün ingilislər 40 milyon avrodan keçməyə hazırdı. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola hələ “Bavariya”da işləyəndə bu futbolçu haqda yüksək fikirdə idi. MS transferlə bağlı Lissabon klubuyla danışıqlar aparıb. Semeduyla “Bavariya”, “Barselona”, “İnter” və “Mançester Yunayted” də yaxından maraqlanır.

 

Qeyd edək ki, Semedu 2016/17 mövsümündə 45 rəsmi oyuna çıxıb, 2 qol vurub və 11 məhsuldar ötürmə edib. Portuqaliya millisində də 2 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti