Futbolçu kimi çempionluq yaşayanda bu qədər sevinməmişdim - Rəşad Sadıqov - AÇIQLAMA

14:39 11 May 2017

“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası dünən “Qəbələ”ni 3:1 hesabıyla məğlub edərək sona iki tur qalmış çempionluğunu rəsmiləşdirdi.

 

Sportarena.az xəbər verir ki, "köhlən atlar"ın əsas komandasının və millimizin kapitanı, həmçinin Ağdam klubunun U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov çempionluq haqda öz fikirlərini klubun rəsmi saytına bildirib:

 

“Çox sevincliyəm. Məşqçi kimi çempionluğu yaşadım, bu, mənim üçün fərqli, xoş hisslərdi. Çempionluq asan olmadı, “Neftçi”, “Qəbələ”, “Zirə” kimi güclü rəqiblərimiz var idi. İlk turdan son turlara qədər gərgin mübarizə getdi. Şükürlər olsun, yaxşı nəticə əldə edə bildik. Futbolçularıma təşəkkür edirəm, ilk gündən sona qədər vuruşdular, inandılar. Mənə etimad göstərdiklərinə görə, klub rəhbərliyinə təşəkkürümü bildirirəm. İstər U-12, istərsə U-13 və istərsə də U-19 komandasında olsun, bir yerdə “Qarabağ” adı varsa, bu böyük məsuliyyətdi. Yalnız birinci olmalısan deyə bir şey yoxdur, amma olduqda da adama xoş təsir bağışlayır.

 

Futbolçu kimi çempionluq yaşayanda bu qədər sevincli olmamışdım. Məşqçi işi daha çətin və həyəcanlıdı. Çünki özün meydançada ola bilmirsən, kənardan izləmək, gedişata təsir etmək daha çox çətindi. Daha məsuliyyətli olmalısan ki, meydanda onun bəhrəsini görə biləsən”.  


Digər xəbərlər

Xəbər xətti